17 Mart 2015 Salı

Dəyərləndirmə

                             DƏYƏRLƏNDİRMƏ.                                                                                                               Bloqda  öz  araşdırma  vənəticələrimizi  təqdim etdik.Bu  layihəni  oxuyan  şaqirdlərdən  rəy  və   təklifləri  gözləyirik  .Biz  istədik  ki,  siz şagirdlər  də  öz  layihənizi  bizimlə  paylaşasız.

Əldə etdiyimiz nəticə

Biz 7-ci  sinif   Qazan xan  qurupunun şagirdləri    belöə  nəticəyə  gəldik  ki,  XIII-XIV əsrlərdə  Azərbaycanda  vahid   dövlət  mövcud  olmayıb .Feodal  pərakəndəliyi  dövrü  hökm  sürüb.  Bu  səbəbdən də  Azərbaycan   yadellilərin   döyüş    meydanına  çevrilib.  Əldə etdiyimiz  qənaət  isə be  lədir  ki  .hər  bir  dövlət  üçün  vahid  dövlət sisteminin  mövcud  olması  vacibdir.

Araşdırmalar

Biz 7-ci sinif  Qazan xan  qrupunun şagirdləri Azərbaycanda Monqol  yürüşləri və  Hülakülər  dövləti dövrünü araşdırarkən bunları öyrəndik:1256-c- ildə   monqol  yürüşləri  zamanı  ali  monqol xaqanı
Münke  xaqanın qardaşı Hülakü  xan  işğal olunmuş  Azərbaycan  torpaqlarında   V monqol  ulusu      olan  Hülakülər  dövlətini  yaratdılar.Araşdırmalar  zamanı  müəyyənləşdirdik ki,  Azərbaycan  dövlətin  mərkəzi, dövlətin  paytaxtı  olan  şəhərlər isə  Marağa,Təbriz və Sultaniyyə   olmuşdur.
   Monqolların hakimiyyəti  dövründə  Qarabağ  onların yay  iqamətgahı, Muğan isə  onların  qış  iqamətgahı  olmuşdur.Dövlət  Təbrizdən idarə  olunurdu.Araşdırmalarımiz  zamanı  onu  da  müəyyənləşdirdik  ki ,Çingiz xanın  oğlu  Cucinin    nəslindən  olan   Qızıl  Orda  dövləti də mövcud  olub  ki, 1263-cü  ildə  onlar da  Azərbaycanı  işğal  etmək  üçün  Hülakülərlə  müharibə  etmişlər.       Buna isə  bəhanə  olaraq  göstərmişlər ki,  guya  Çingiz  xan  Azərbaycan  torpaqlarını Batı  xana  vəsiyyət  edib.1263-cü  il  yürüşləri  zamanı  Hülakü xanla  Qızıl  Orda  sərkərdəsi  Noqay  xan  arasında  dğyüşlər  baş  verir.Toqquşmalar  zamanı  Noqay xan  Dərbəndi  tutur.Ancaq  bu  uzun  çəkmir.1265-ci  ildə  Hülakü xan onları qovur  və  Azərbaycandakı  hakimiyyətini  daha  da  möhkəmləndirir.Araşdırmalar  zamanı  bunu da öyrəndik ki,1288-1290-cı  illərdə Qizil  Ordalılar  yenidən  yürüşlər  etmişlər. Ancaq  bu bir  nəticə  verməmiçdir.Bu yürüşlər  zamanı Hülakülər  dovlətiböyük  çətinliklərlə  üzləşmişlər. 1291-1295-ci  illərdə  dövlətin  xəzinəsi  boşalmışdır ki, bu  da  ölkənin  vəziyyətini  daha  da  ağırlaşdırmışdır.Bu  səbəbdən Keyxatu xan  "Çao" adlı  kağız pul  tədavülə  buraxır ki,ölkənin  vəziyyətini  düzəltsin.Ancaq  bu heç bir  nəticə  vaermir. 1295-ci  ildə  Qarabağda  Qazan xan  özünü  padşah  elan  edir.Araşdırmalar  zamanı  onu da müəyyən etdik  ki,  Qazan xan  digər  hökmdarlardan   fərqli  olaraq  fərqli  bir  siyasət  yürütmüşdür.Qazan  xan  elə  bir  siyasət  yürütməli  idi  ki, o,ulusun  başına  keçsin.Bunun  üçün  o, yerli  feodalların  nüfuzunu  qazanmalı idi.Qazan  xan   Hülakü  xanın  110 monqol  noyonu  arasında bölünmüş  torpaqları  yerli  feodallara  paylayır.Bu  ilk  addım  idi.  İkinci  addımı  isə  o oldu ki, Qazan  xan  İslamı  qəbul  edərək  adını  dəyişdirib  Mahmud  qoydu.  Bu  addım  bütpərəst  monqolları  sarsıtdı. Beləliklə  hakimiyyət  üçün  atılan  addımlar  həm  yerli  əyyanların,  həm  din  xadimlərininn, həm  də  Qazan xanın  xeyrinə atılan  addımlardan oldu.Bütpərəst  monqolların  əksəriyyəti  islamı  qəbul  etdi.Qazan xan belə  bir  fərman  da  verdi ki,İslamı  qəbul  etmək  istəməyənlər  dövlətin ərazisini tərk  edib  getsinlər.Araşdırmalar  nəticəsində  Qazan xanın  islahatlar  keçirdiyini  də  öyrəndim.  Bu  islahatlar  məhkəmə, torpaq,   rabitə və  vergi   sahəsinə aid  idi.Bu  islahatlar  ölkədə böyük  canlanmaya  səbəb  oldu. Həttda  bu  dövürdə  elm və  mədəniyyət  sahəsində  böyük  canlanma  baş  verdi.  Marağa  rəssədxanasının  inşası,  məscidlərin  tikilməsi  məktəb və  mədrəsələrin  açilması buna  misal  ola  bilər.Ancaq  Qazan  xanın  ölümündən  sonra  ölkədə  vəziyyə  tamamilə  dəyişməli  olur
Hakimiyyət  uğrunda  mübarizə  kəskin  xarakter alır.
Araşdırmalardan  aydın olur ki,Qizil Orda  dövləti  ölkə  daxilində  baş verən  hadisələrə  biganə  qalmır  yenidən  Azərbaycana  yürüşə  başlayır.Sultan  Əbu  Səidin  ölümü "Hülakülər  səltənətinin"  tənəzzülünün  əsasını  qoydu.Çobani  əmiri  Məlik  Əşrəf  Hülakülər  dövlətini  tamamılə  zəiflətdi.1357-ci  ildə  isə      Qızıl  Orda  xanı  Canı bəy  Azərbaycana  yürüş edir  Çobani  ağalığına  və  Hülakülər  dövlətinə  son  qoyur .Araşdırmalarımdan  məlum  oldu  ki,101-illik hakimiyyəti olan  bu  dövlət  1357-ci  ildə  süqut etmişdir.